13 
İyn
2018
16:48
154
27
6515
Virtual karabakh

İspaniya millisinin yeni baş məşqçisi məlum oldu - YENİLƏNİB

13 İyn, 2018
16:48
6515

İspaniya millisinin yeni baş məşqçisi məlum oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya çempionatının başlanmasına bir gün qalmış İspaniya yığma komandasına yeni baş məşqçi təyin olunub.

Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, millinin yeni baş məqşçisi statusuna komandanın idman direktoru, Madrid “Real”ının sabiq kapitanı Fernando Yerro təyin olunub. 

Bununla bağlı milli komandanın Twitter hesabında məlumat yayılıb.

14:58

İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi vəzifəsindən qovulub. 

Oxu.Az xəbər verir ki, İspaniya futbol federasiyasının prezidenti Luis Rubiales keçirilən xüsusi mətbuat konfransında mütəxəssislə müqavilənin ləğv edildiyini elan edib. 

“Biz Xulen Lopeteqi ilə müqaviləni pozmalı olduq. Ona uğurlar arzulayırıq. Millinin qazanacaqları uğurlar onun işlərinin nəticələridir”, - prezident deyib.

Dünən məlum olub ki, Lopeteqi Madridin “Real” klub ilə üç illik müqavilə bağlayıb. Ötən ay isə baş məşqçi İspaniya millisi ilə iki illik müqavilə bağlamışdı. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri