Sen
2018
11:39
94
19
1971
Virtual karabakh

Azərbaycanı təmsil edən badmintonçu Ukraynada medal qazandı - FOTO

3 Sen, 2018
11:39
1971

Azərbaycanı təmsil edən badmintonçu Ukraynada medal qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Xarkov şəhərində badminton üzrə “RSL Kharkiv International 2018” turnirinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, “International Challenge” kateqoriyalı turnirdə ölkəmizi təmsil edən indoneziyalı Ade Reski Dvikahyo kişi badmintonçuların şəxsi yarışında uğurlu çıxışı ilə yadda qalıb. 

Mübarizəyə əsas mərhələdən qoşulan “Sabah” İdman Klubunun badmintonçusu yarışın finalınadək irəliləməyi bacarıb. Dvikahyo həlledici görüşdə çexiyalı Yan Louda ilə qarşılaşıb. Görüş çexiyalı badmintonçunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, turniri II pillədə başa vuran Ade Reski Dvikahyo yarışın gümüş medalını qazanıb. Bu, Azərbaycanın “International Challenge” kateqoriyalı badminton turnirlərində ilk medalıdır.

Turnirə təsnifat mərhələsindən start verən digər indoneziyalı legionerimiz Azmi Kovimuramadhoni isə mübarizəni 1/8 finalda dayandırıb. O, moldovalı Kristian Savinə uduzub.

Qeyd edək ki, “RSL Kharkiv International 2018” turnirində 35 ölkədən 202 badmintonçu medallar uğrunda mübarizə aparıb.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri