12 
Okt
2018
19:16
125
161
6485
Virtual karabakh

Səmədov həbsxanaya göndərilən futbolçulara dəstək verdi

12 Okt, 2018
19:16
6485

Səmədov həbsxanaya göndərilən futbolçulara dəstək verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın “Spartak” futbol klubunun yarımmüdafiəçisi Aleksandr Səmədov həbs edilən futbolçular – “Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar” klubunun yarımmüdafiəçisi Pavel Mamayevə dəstəyini ifadə edib. 

Oxu.Az xəbər verir ki, Səmədov ictimaiyyətin yaranmış vəziyyətdə tutduğu mövqedən narazılığını bildirib. 

“Biz onları xeyli vaxtdır tanıyırıq. Bu futbolçuları həm peşəkar kimi, həm də insan kimi tanıyıram. Onları buna vadar edən çox əsaslı səbəb olmalıdır. Gəlin tələsik nəticələr çıxarmayaq. Məhkəmə və linç edilmə fərqli tərəflərdə dayanıb”, - deyə o vurğulayıb. 

Qeyd edək ki, Kokorin və Mamayev Moskvada kafedə saldıqları dava ilə əlaqədar saxlanılıb. Onlar iki ay müddətində həbsdə qalacaqlar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri