20 
Okt
2018
15:46
166
149
16186
yuxarı
MMA çempionu: Floyd Həbibi döyəcək
20 Okt, 2018
15:46
16186
166
149
MMA çempionu: Floyd Həbibi döyəcək
Amerikalı MMA döyüşçüsü Deniel Kormye rusiyalı idmançı Həbib Nurməhəmmədovla amerikalı boksçu Floyd Meyvezer arasında mümkün döyüşə münasibətini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Həbibin komanda yoldaşı olan Kormye bu döyüşü ağılsızlıq adlandırıb.
O, rusiyalı idmançıya döyüşdə iştirak etməməyi məsləhət görüb.
“Bəli, biz eyni komandadayıq. Lakin Floyd onu döyəcək. Həbib isə tərs adam olduğu üçün təslim olmayacaq. Ona görə də onu 12 raund döyəcəklər. Buna dözmək isə pisdir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Kormye iki çəki dərəcəsində MMA çempionudur.
UFC rəhbəri Deyna Uayt isə döyüş haqqında söz-söhbətlərə önəm verməməyə çağırıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək