21 
Okt
2018
00:30
365
58
26320
Virtual karabakh

Ronaldudan növbəti rekord

21 Okt, 2018
00:30
26320

Ronaldudan növbəti rekord

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu Avropanın 5 nəhəng çempionatında 400 qol vuran ilk futboçu olub.

Oxu.Az-ın verdiyi xəbərə görə, Avropanın 5 ən güclü liqasına İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa çempionatları daxildir.

“Mançester Yunayted”də çıxış etdiyi zaman Ronaldu 196 oyunda 84 qol vurub. Madrid “Real”ında isə portuqaliyalı 292 matçda meydana çıxaraq 311 dəfə fərqlənib.

2018-ci ilin yayında “Yuventus”a keçən forvard şənbə günü turinlilərin heyətində 5-ci qoluna imza atıb.

Ronaldunu sözügedən göstərici üzrə Lionel Messi izləyir. Argentinalı İspaniya çempionatında “Barselona”nın heyətində keçirdiyi 426 oyunda 389 qol vurub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri