21 
Okt
2018
18:19
82
242
12426
yuxarı
“El-Klassiko” 11 ildə ilk dəfə Messi və Ronaldusuz keçəcək
21 Okt, 2018
18:19
12426
82
242
“El-Klassiko” 11 ildə ilk dəfə Messi və Ronaldusuz keçəcək
Kataloniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi oktyabrın 28-də keçiriləcək Madridin “Real” komandasına qarşı oyunda iştirak edə bilməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilir.
Argentinalı İspaniya çempionatı çərçivəsində “Sevilya” komandasına qarşı oyunda zədələnib. Həkimlər Messinin üç həftədən sonra yaşıl meydanlara qayıdacağını proqnozlaşdırırlar.
Beləliklə, Messi ən azı “Barselona”nın altı görüşünü buraxmalı olacaq, o cümlədən “El-Klassiko” kimi tanınan “Real”a qarşı oyunu.
Bununla da, “Barselona” və “Real” matçı 11 ildə ilk dəfə Lionel Messi və Kriştianu Ronaldusuz keçəcək. Portuqaliyalı 2018-ci ilin yayında Turinin “Yuventus” klubuna transfer edilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
19 
Apr
2024
18:44
Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib - YENİLƏNİB + VİDEO
104
15
1677
19 
Apr
2024
15:40
“Neftçi”nin isveçli funksioneri: “Prinsipimiz futbolçuları canlı görməkdir”
7
41
552