22 
Okt
2018
13:12
37
173
7711
Virtual karabakh

“Qarabağ”ın qapısına penalti təyin edən hakim Bakıya gəlir

22 Okt, 2018
13:12
7711

“Qarabağ”ın qapısına penalti təyin edən hakim Bakıya gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” – “Vorskla” (Ukrayna) oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.

Oxu.Az xəbər verir ki, hakimlər briqadası İsraildən olacaq.

Görüşün baş hakimi kimi Roy Raynshrayber Bakıya gələcək. Onun köməkçiləri Dani Krasikov, David Elias BitonAmihay Yehoşua Mozes olacaq. Əlavə köməkçi hakimlər qismində Alon YefetDaniel Bar Natan fəaliyyət göstərəcək.

Bu hakim Azərbaycan, xüsusən də “Qarabağ” azarkeşlərinə tanışdır. 2015-ci ilin iyulun 4-də Avropa Liqasının I təsnifat mərhələsinin Tbilisidə keçirilmiş “Dinamo” – “Qəbələ” görüşünü məhz bu hakim idarə edib.

Bu matçda Georgi Qvelesiani 51-ci dəqiqədə qırmızı vərəqə alsa da, Gürcüstan təmsilçisi görüşdə 2:1 hesabı ilə qalib gəlmişdi. Dörd sarı vərəqədən ikisi “Qəbələ” futbolçularına verilmişdi. Bunlar rumıniyalı George Floresku və ukraynalı Vitali Vernidub idi.

Roy Raynshrayber ötən il isə Moldovada “Qarabağ”ın oyunu zamanı iş başında olub. Onun ötən ilin avqustun 1-də Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində idarə etdiyi görüşdə “Qarabağ” “Şerif”ə səfərdə qalib gəlmişdi – 2:1.

Bu matçda səkkiz sarı vərəqə verilmişdi ki, bunlardan beşi “Qarabağ”lıların passivinə yazılmışdı. Cəzalanan futbolçular Vild Donald Qerye, Miçel, İbrahim Şehiç, Ansi Aqoli Rəşad Sadıqov idi. Bunlardan hazırda Türkiyədə çıxış edən Şehiç istisna olmaqla, digər dörd futbolçu yenə bu hakimlə üz-üzə gələ bilər.

Yeri gəlmişkən, həmin matçda yəhudi hakim görüşün əlavə olunmuş dəqiqələrində Ağdam klubunun qapısına penalti təyin etmişdi. Lakin vurulan bu qol “Qarabağ”ın pley-offa vəsiqə qazanmasına mane olmamışdı.

Qeyd edək ki, bu oyun oktyabrın 25-də, saat 20:55-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri