23 
Okt
2018
19:00
61
205
8120
Virtual karabakh

Qurban Qurbanovun oğlu qol vurdu, millimiz uduzdu

23 Okt, 2018
19:00
8120

Qurban Qurbanovun oğlu qol vurdu, millimiz uduzdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

17 yaşadək futbolçulardan ibarət millimiz (U-17) Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Oxu.Az xəbər verir ki, Ramin Quliyevin başçılıq etdiyi kollektiv bu gün ilk oyununu keçirib. 

Səkkizinci qrupda yer alan yığmamız ilk sınağında Norveçlə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Skandinaviyalılar ilk üç qolu 18, 19 və 20-ci dəqiqədə vurub.

Komandamızın heyətində yeganə qola millimiz və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.

Qeyd edək ki, U-17-nin mübarizə apardığı qrupda Norveçlə yanaşı, Albaniya və Çexiya yığmaları da yer alırlar. Qrupun bütün oyunları Albaniyada keçirilir.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri