24 
Okt
2018
09:30
25
184
20754
Virtual karabakh

Həbib və Konor arasındakı münaqişənin səbəbi bəlli oldu

24 Okt, 2018
09:30
20754

Həbib və Konor arasındakı münaqişənin səbəbi bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konor Makqreqorun komandasının üzvü Artyom Lobov ESPN-ə müsahibəsində irlandiyalı ilə UFC çempionu Həbib Nurməhəmmədov arasındakı münaqişədən danışıb.

Oxu.Az-ın xəbərinə görə, A.Lobov bildirib ki, Konor və Həbib arasında normal münasibətlər olub. 

“Onlar bir-birlərinə hörmətlə yanaşırdılar. Lakin Həbib gözlənilmədən Konora “chicken” (cücə, xoruz) dedi. Mən bilmirəm, o, niyə belə etdi, çünki Makqreqor ona heç bir pis söz deməmişdi”, - Lobov bəyan edib.

Döyüşçünün fikrincə, Nurməhəmmədov bunun ciddi təhqir olduğunu bilirdi, lakin Makqreqoru belə çağırmaqda davam edirdi.

“Rusiyada həbsxanalarda zorlanan insanları belə adlandırırlar. Həbib bunu bilir, hamı bunu bilir. Bu, çox ciddi təhqirdir”, - o qeyd edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri