24 
Okt
2018
20:32
381
30
6189
Virtual karabakh

Azərbaycan güləşçisi bürünc medal qazandı - YENİLƏNİB

24 Okt, 2018
20:32
6189

Azərbaycan güləşçisi bürünc medal qazandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan güləşçisi İrina Netreba bürünc medal uğrunda amerikalı Forrest Molinari ilə görüşdə qalib gəlib. 

Oxu.Az xəbər verir ki, bu, Azərbaycanın Budapeştdə keçirilən dünya çempionatında qazandığı ikinci medaldır.

20.04

Azərbaycan güləşçisi Mariya Stadnik dünya çempionatının finalına vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, o, yarımfinalda Koreya Xalq Demokratik Respublikasının idmançısı Sonhyanq Kimə qalib gəlib.

Stadnik sabah finalda yaponiyalı Yui Susaki ilə qarşılaşacaq.  

18.04

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. 

Oxu.Az xəbər verir ki, yarışın beşinci günündə qadınlardan ibarət yığmamızın son dörd üzvü mübarizəyə start verib.

Güləşçilərimizin ikisi 1/8 finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb. Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) 1/8 finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Millimizin ən titullu güləşçisi 1/4 finalda dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı olan çinli rəqibinə də heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb.

Milli üzvlərindən Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq) və Elmira Qəmbərova (62 kq) isə uduzublar.

Qeyd edək ki, bu gün İrina Netreba (65 kq) bürünc medal görüşünə çıxacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri