31 
Okt
2018
10:33
34
202
9256
Virtual karabakh

Yeddi idmançımızda dopinq tapıldı - ADLAR

31 Okt, 2018
10:33
9256

Yeddi idmançımızda dopinq tapıldı - ADLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha yeddi idmançısı dopinqdən istifadəyə görə cəzalanıb.

Oxu.Az xəbər verir ki, bunların altısı taekvondoçulardır. Belə ki, Ofeliya Allahverdiyeva, Samir Məhərrəmov, Nərgiz Mirzəyeva, Yunis Məmmədzadə, Şəms İsayevaCavid Hüseynov bir illik yarışlardan kənarlaşdırılıblar. Bütün bu idmançılarda furosemid maddəsi tapılıb.

Bundan başqa, cüdoçu Kənan Quluzadə də bir illik cəzaya məruz qalıb. Onda meldonium aşkarlanıb.

Qeyd edək ki, AMADA yarandıqdan sonra dopinq tapılan yerli idmançıların sayı 31-ə çatıb.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri