31 
Okt
2018
13:17
18
104
8759
Virtual karabakh

Niyaməddin Paşayev: Onlar kimlərinsə sözünə inanıb bu dərmandan istifadə edib

31 Okt, 2018
13:17
8759

Niyaməddin Paşayev: Onlar kimlərinsə sözünə inanıb bu dərmandan istifadə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Azərbaycanın altı taekvondoçusu – Ofeliya Allahverdiyeva, Samir Məhərrəmov, Nərgiz Mirzəyeva, Yunis Məmmədzadə, Şəms İsayevaCavid Hüseynovun dopinqdən istifadə etdiyi müəyyənləşib və onlar bir illik yarışlardan kənarlaşdırılıblar.

Məsələ ilə bağlı Oxu.Az Taekvondo Federasiyasının Milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayevdən müsahibə götürüb.

– 2018-ci ildə gənclər və böyüklər arasında Respublika çempionatını keçirdik. Özümüz Azərbaycan çempionatında nəticə qazanmış idmançılardan dopinq testi götürülməsində maraqlı olduq ki, onlar gələcəkdə yığma komandaya düşəndən sonra hansısa çətinliklə rastlaşmayaq.

Beləliklə, gənclər və böyüklər arasında Azərbaycan çempionatının mükafatçılarından dopinq-test götürüldü. Adları məlum olan idmançılarda dopinq aşkarlandı. Onlar Respublika çempionatı zamanı qalib olmuş və mükafat qazanmış idmançılardır. AMADA-nın qərarı ilə onlar bir il müddətinə yarışlardan uzaqlaşdırıldılar. Bu qərara əsasən onların qazandığı medalları geri aldıq, nəticələrini sildik.

Federasiyanın İdarə Heyətinin qərarına əsasən bu altı idmançı nəinki ölkədaxili və ölkəxarici yarışlardan, həmçinin millinin məşqlərindən tamamilə uzaqlaşdırıldılar. Bir illik cəzaları başa çatdıqdan sonra yenidən Respublika çempionatına qatılacaqlar və yenidən dopinq testdən keçəcəklər. Hansısa bir nöqsana rast gəlinməsə, idmanlarına qaldığı yerdən davam edəcəklər.

– Maraqlıdır ki, bu idmançıların hamısında eyni maddə – furosemid maddəsi aşkarlanıb. Bunun üçün onların məşqçilərini də araşdırdınızmı?

– Azərbaycan çempionatına hazırlıq dönəmi olduğundan, bu idmançılarla həmin vaxt federasiya, yığma yox, klub, şəxsi məşqçilər məşğul olub. Biz o idmançıların klub və şəxsi məşqçiləri ilə bir neçə dəfə görüşmüşük. Onların izahatları artıq alınıb. Məlum olub ki, bu maddədən son gündə çəki salmaq üçün istifadə olunub.

– Amma yəqin ki bu maddənin dopinq olduğunu bilməyiblər...

– Bəli. Bu idmançıların yaşları azdır. Kimlərinsə sözünə inanıb bu dərmandan istifadə ediblər və bu dərmanın tərkibindəki maddədə qanunla qadağan olunmuş dopinqin olduğunu bilməyiblər. Amma qanun hamı üçün qanundur. Ona görə də bu qaydalara hamı riayət etməlidir.

– Hər halda bunu klub məşqçiləri bilməli idi...

– Araşdırmalarımıza görə, bu idmançıların məşqçilərinin heç birinin bundan xəbəri olmayıb. Sadəcə olaraq idmançılar kənardan kimdənsə aldıqları məsləhətə görə bu dərmandan istifadə ediblər.

– Bu idmançılar eyni klubun üzvləridir?

– Yox, fərqli-fərqli klubların idmançılarıdırlar. Onların arasında rayondan və şəhərdən olanlar da var.

– Bu idmançılardan neçəsi millilərimizin üzvü olub?

– Onlardan yeniyetmə və gənclər millisinin üzvləri olanlar var. Amma ad çəkməyə ehtiyac yoxdur. Demək olar ki, əksəri milli üzvləridir.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri