Noy
2018
16:04
41
149
4469
Virtual karabakh

“Qarabağ”ın stadionunda nasazlıq yarandı

1 Noy, 2018
16:04
4469

“Qarabağ”ın stadionunda nasazlıq yarandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb. 

Oxu.Az xəbər verir ki, müraciətdə ev oyunlarının keçirildiyi “Azərsun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub. 

Mövcud vəziyyəti araşdıran PFL “Qarabağ” klubunun ev oyunları ilə bağlı qərar çıxarıb.

Qərara əsasən I divizionun IX turunun “Qarabağ-2” - MOİK qarşılaşması sabah saat 15:00-da “Azərsun Arena”da keçiriləcək.

Premyer Liqanın X turunun “Qarabağ” – “Sumqayıt” görüşü isə 3 noyabr saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri