Noy
2018
15:36
258
37
3979
Virtual karabakh

Karate millimiz dünya çempionatına güclü heyətlə gedəcək - VİDEO

2 Noy, 2018
15:36
3979

Karate millimiz dünya çempionatına güclü heyətlə gedəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karate millimiz sabah İspaniyanın paytaxtı Madriddə keçiriləcək XXIV dünya çempionatına yola düşəcək. 

Oxu.Az xəbər verir ki, iki ildən bir keçirilən dünya çempionatında iyirmi idmançımız iştirak edəcək. On fərdi çəki dərəcəsi və kata yarışlarından başqa, karateçilərimiz kişi və qadınların komanda kumite çıxışlarında, eləcə də kişilərin komanda kata turnirində mübarizə aparacaqlar.

Fərdi yarışlara Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), həmçinin Neda Rezai (kata), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretskaya (68 kq) və Fəridə Əliyeva (+68 kq) daxil edilib. 

Komanda kumite yarışlarında onlara Pənah Abdullayev, Turqut Həsənov, Murad HacızadəAsiman Qurbanlı da qatılacaq. Komanda kata turnirində isə Rövşən Əliyev, İsmayıl QuliyevTural Balcanlıdan ibarət heyət çıxış edəcək. Onlardan başqa, Sahib Əhədov 33 ölkədən 106 idmançının qatılacağı para-karate üzrə dünya çempionatına qatılacaq.

Qeyd edək ki, 6-11 noyabr tarixlərində keçiriləcək dünya çempionatında rekord sayda – 140 ölkədən 1147 idmançı iştirak edəcək. Onlar həmçinin Tokio olimpiadasına lisenziya verən reytinq xalları uğrunda mübarizə aparacaqlar. İctimai Televiziya dünya çempionatının final və bürünc medal görüşlərini, eləcə də mükafatlandırma mərasimlərini canlı yayımlayacaq. Komandamız 13 noyabrda Bakıya dönəcək.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri