Noy
2018
18:59
36
185
27204
Virtual karabakh

Pasportunu məsciddə itirən idmançımızla bağlı xəbər var

2 Noy, 2018
18:59
27204

Pasportunu məsciddə itirən idmançımızla bağlı xəbər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci il sona doğru yaxınlaşsa da, taekvondo millilərimizi məsul yarışlar gözləyir.

Azərbaycan Taekvondo Federasiyasının milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev Oxu.Az-a açıqlamasında qarşıdakı vacib yarışlar haqda məlumat verib:

“Hazırda yeniyetmələrdən ibarət yığmamız təlim-məşq toplanışındadır. Onları İspaniyanın paytaxtı Madriddə Avropa çempionatı gözləyir. 

22-23 noyabrda isə böyüklərdən ibarət komandalar arasında BƏƏ-də Qran Prinin finalı olacaq. Komandamızdan Olimpiya çempionumuz Radik İsayevMilad Beiqi Harçeqani öz çəkilərində ilk “onluq”da yer aldıqlarından, ora dəvət olunub. Qazandıqları qələbə onlara Olimpiadaya vəsiqə baxımından səksən xal qazandıracaq. 

Noyabrın sonunda isə böyüklərdən ibarət komandamızı Dünya Kuboku gözləyir. Oğlanlardan ibarət komandamız beş nəfərlə təmsil olunacaq. Qızlarda yetərsay olmadığından ayrıca yarışlarda iştirak etməyəcəklər. Amma qarışıq komandaların yarışında iki oğlan və iki qız idmançı ilə mübarizə aparacağıq.

Niyaməddin Paşayev İngiltərədə keçirilmiş Qran Priyə gedərkən pasportunu itirmiş dağıstanlı legionerimiz Patimat Abakarovadan da danışıb:

“Çox təəssüf olsun ki, o, Mançester Qran Prisinə gedərkən İstanbulda pasportunu itirdi. İngiltərəyə təyyarəmizin uçması üçün iki saat yarım vaxt vardı. Patimat İstanbulda məscidə getdi və orda pasportunu itirdi. Polisə müraciət etdik, anons verildi, lakin pasportu tapa bilmədik. Bu üzdən o, geri dönəsi oldu. Biz yarışdan qayıdanda İstanbulda yenidən pasportun tapılıb-tapılmadığını soruşduq. Amma tapılmadı. Hazırda ona yeni pasport alınıb”.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri