Noy
2018
01:31
64
24
6370
Virtual karabakh

Qvardiola ittihamlara cavab verdi

7 Noy, 2018
01:31
6370

Qvardiola ittihamlara cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola maliyyə fırıldağı ittihamlarına cavab verib. 

Oxu.Az xəbər verir ki, o, “Mançester Siti”nin yalnız pula görə oyunlarda qalib gəldiyinə dair iddiaları rədd edib. 

“İnsanlar deyirlər ki, biz yalnız pula görə uduruq. Belə problem həmişə var idi. Çünki yeni səviyyəyə çıxmaq üçün çox vaxt tələb olunur. Pul da lazımdır, vaxt da. Bu, normal haldır, böyük klublar pul xərcləməlidir”, - deyə o vurğulayıb. 

Qeyd edək ki, mətbuatda “Mançester Siti” və PSJ klublarının FIFA prezidenti Canni İnfantino və UEFA-nın sabiq prezidenti Mişel Platininin köməyi ilə maliyyə “Fair-play” qaydalarını pozduqlarına dair məlumatlar yayılıb. Konkret olaraq Mançester şəhəri təmsilçisinin Abu-Dabidən olan iki sponsorla müqavilə bağladığı, onlardan birinin dövlət investisiya fondu olduğu bildirilir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri