Noy
2018
12:35
242
79
14589
Virtual karabakh

Nurməhəmmədova Dağıstanda yüksək vəzifə təklif edildi

7 Noy, 2018
12:35
14589

Nurməhəmmədova Dağıstanda yüksək vəzifə təklif edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağıstan rəhbəri respublikanın ən yüksək mükafatının təqdimetmə mərasimində UFC çempionu Həbib Nurməhəmmədova onun köməkçisi olmağı təklif edib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı TASS agentliyi məlumat yayıb.

“Bu gün respublika rəhbəri Vasilyev Vladimir Abdualiyeviç məni və atamı çox isti qarşıladı, eləcə də, bizi “Dağıstan Respublikasına xidmətlərinə görə” ali mükafatı ilə təltif etdi”, - Nurməhəmmədov “Instagram” hesabında yazıb. 

Bununla yanaşı, Həbibə Dağıstan rəhbərinin köməkçisi vəzifəsi təklif edilib. Bu məsələ onların növbəti görüşündə müzakirə ediləcək. 

Həbib Nurməhəmmədov oktyabrın 7-də irlandiyalı Konor Makqreqoru məğlub edərək, yüngül çəki üzrə UFC çempionu titulunu qoruyub. Nurməhəmmədov keçirdiyi 27 qarşılaşmanın hamısında qələbə qazanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri