Noy
2018
23:01
70
412
26846
Virtual karabakh

Bikini fitnes üzrə Azərbaycan çempionu müəyyənləşib - FOTO/VİDEO

7 Noy, 2018
23:01
26846

Bikini fitnes üzrə Azərbaycan çempionu müəyyənləşib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən bazar bodibildinq və klassik bodibildinq üzrə Azərbaycan çempionatı və mens fizik və bikini fitnes üzrə Azərbaycan Kuboku keçirilib.

Oxu.Az xəbər verir ki, 57 idmançının qüvvəsini sınadığı yarışda Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Bərdə şəhərlərinin idmançıları da iştirak edib. 

Üçüncü dəfə keçirilən bikini fitnes üzrə Azərbaycan kubokunda Lalə Cəfərova bütün rəqiblərini qabaqlayaraq qalib gəlib. Gülər İsmayılova gümüş, Rəna Əliyeva bürünc medal qazanıb. Vaxtilə idman jurnalisti kimi fəaliyyət göstərmiş Kəmalə İsmayılova IV, Lalə Mayılova isə V yeri tutub.

Çimərlik geyimində yarışan mens fizik kateqoriyasında Təyyar Vəliyev (-170 sm), Tural Aslanov (-176 sm) və Arslan Quliyev (+176 sm) qalib olub. Daha sonra bu üç növün qalibləri ən güclünü müəyyənləşdirməyə çalışıb. Burada Tural Aslanov hakimlər tərəfindən mütləq qalib seçilib.

Boy fərqi ilə ölçülən klassik bodibildinqdə Murad İsayev (-175 sm) və Orxan Nəcəfov (+175 sm) qalib olub. Onlar arasından mütləq qalib isə Orxan Nəcəfov seçilib.

Çəki ilə ölçülən bodibildinqdə Nizami Misirov (-75 kq), Fuad Quluzadə (-90 kq) və Nadim Həsənov (+90 kq) qalib kimi kubok əldə ediblər. Ancaq onlar arasında mütləq çempion “İdman Azərbaycan” telekanalının aparıcısı Fuad Quluzadə olub.

Qeyd edək ki, qaliblərə kubok və sertifikatı Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyadəliyev təqdim edib. Həmçinin o, Vüqar Verdiyevi bodibildinq idmanının inkişafında göstərdiyi xidmətlərə görə mükafatlandırıb.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri