Noy
2018
22:41
334
27
8827
Virtual karabakh

Daha bir karateçimiz dünya çempionatının finalına çıxdı - FOTO

8 Noy, 2018
22:41
8827

Daha bir karateçimiz dünya çempionatının finalına çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın paytaxtı Madriddə keçirilən para-karate üzrə dünya çempionatında təmsilçimizin çıxışı uğurlu alınıb. 

Oxu.Az xəbər verir ki, Sahib Əhədov 40.5 xal toplayaraq öz qrupunun qalibi olub və finala yüksəlib. Noyabrın 10-da onun rəqibi ispan idmançısı olacaq. 

 

Qeyd edək ki, para-karate üzrə dünya çempionatında rekord sayda - 33 ölkədən 100 idmançı iştirak edir. Azərbaycan bu yarışda bir karateçi ilə təmsil olunur. 

Bu gün həm də karate üzrə dünya çempionatında kata və qızlardan ibarət kumite millilərimiz komanda yarışlarında qüvvələrini sınayıb. Lakin onlar müvafiq olaraq Türkiyə və İngiltərə millilərinə uduzublar.

Xatırladaq ki, daha bir karateçimiz – İrina Zaretskaya dünya çempionatında final görüşünə noyabrın 10-da çıxacaq. Həmin gün həm də Rafael Ağayev dünya çempionatında ilk dəfə bürünc medal qazanmaq üçün tatamiyə dəvət olunacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri