10 
Noy
2018
09:06
286
28
8933
Virtual karabakh

Tanınmış idmançımız dünya çempionatında erməni ilə güləşəcək

10 Noy, 2018
09:06
8933

Tanınmış idmançımız dünya çempionatında erməni ilə güləşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında ikinci günün püşkü atılıb.

Oxu.Az xəbər verir ki, Mehman Xəlilov (57 kq) meksikalı Rikardo Alkantara ilə, Abdulla Abdullayev (74 kq) almaniyalı Yanik Ventsellə mübarizə aparacaq.

Döyüş sambosunda isə tanınmış idmançımız Bəxtiyar Abbasov (82 kq) ilk görüşündə erməni Davit Petrosyanla qarşılaşacaq.

Qeyd edək ki, Bəxtiyar Abbasov üç il əvvəl Moskvada keçirilmiş Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan Dünya Kubokunda bürünc medal qazanmışdı. O, çıxış etdiyi 90 kq çəki dərəcəsində çempion olmuş Aşot Danielyana görə səslənən Ermənistan himninə etiraz əlaməti olaraq çöməlmişdi.

Onu da bildirək ki, Bəxtiyar Abbasov pankration, döyüş sambosu, ciu-citsu və əlbəyaxa döyüş üzrə dünya çempionudur. O, həmçinin sambo üzrə Dünya Kubokunun qalibi və döyüş sambosu üzrə Avropa çempionu olub.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri