12 
Noy
2018
14:13
92
41
6914
Virtual karabakh

Nazim Süleymanov istefaya göndərildi

12 Noy, 2018
14:13
6914

Nazim Süleymanov istefaya göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazim Süleymanov “Sumqayıt” klubunun baş məşqçi postundan göndərilib.

Oxu.Az xəbər verir ki, “Sumqayıt” FK-nın baş məşqçisi Nazim Süleymanov səhhəti ilə əlaqədar olaraq, klub rəhbərliyi ilə bağlanmış müqaviləyə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib. 

Adıçəkilən mütəxəssisin ərizəsi keçirilən iclasda Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilib, onunla bağlanmış müqaviləyə bugündən xitam verilməsinə razılıq verilib. Müşahidə Şurası bu qərarı icra üçün klub rəhbərliyinə təqdim edib.

Qeyd edək ki, “Sumqayıt” dünən Azərbaycan Premyer Liqasının autsayderlərdən olan “Keşlə”yə 1:4 hesabı ilə uduzub. Komanda hazırda 11 xalla VI sırada qərarlaşıb.

Onu da bildirək ki, Nazim Süleymanovla iyunda iki illik müqavilə bağlanmışdı.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri