14 
Noy
2018
11:37
123
27
18394
Virtual karabakh

Veteran futbol ulduzları Bakıya gəlir

14 Noy, 2018
11:37
18394

Veteran futbol ulduzları Bakıya gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 15-də “Bayıl arena”da veteran futbolçu Vəli Qasımovun əlli illik yubileyi münasibətilə yoldaşlıq oyunu keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, qarşılaşmada Rusiya, Ukrayna, Portuqaliya və İspaniya kimi ölkələrin məşhur futbolçuları iştirak edəcəklər.

Azərbaycan futbolunun ulduzları Nazim Süleymanov, Elxan Həsənov, Tərlan Əhmədov, Dmitri Kramarenko, Vəli Qasımov, Qurban Qurbanov, Əsgər Abdullayev, Samir Ələkbərov, Novruz Əzimov, Mahmud Qurbanov, Yaşar Vahabzadə, Vidadi Rzayev Arif Əsədov əməkdar məşqçi Kazbek Tuayevin rəhbərliyi altında meydana çıxacaqlar. 

Rəqib komandada isə Sergey KiryakovXoakin Parra, Viktor Losev, Nikolay Pisarev, Adolfo Aldana, İ.Yakubovski, İ.Kolivanov, Raşid Raximov, Rinat Dasayev, Roberto Bordin, Valeri Şmarov, Cande, Camacho kimi ulduz futbolçular məşhur rusiyalı mütəxəssis Valeri Qazzayevin baş məşqçisi olduğu komandada çıxış edəcəklər.

Qeyd edək ki, saat 17:00-da start fiti səslənəcək oyuna giriş sərbəstdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri