14 
Noy
2018
16:15
20
122
4926
Virtual karabakh

Millimizin böyükhesablı məğlubiyyətlərinə şahidlik etmiş hakim Bakıya gəlir

14 Noy, 2018
16:15
4926

Millimizin böyükhesablı məğlubiyyətlərinə şahidlik etmiş hakim Bakıya gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Millətlər Liqasında Azərbaycan və Farer Adaları oyununu idarə edəcək hakimlər briqadasının adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, baş hakim funksiyasını Kirpdən olan Dimitris Masias yerinə yetirəcək.

Ona Marios Kalociru, İoannis Lazaru, Omiros Siortsis, Vasilis DimitruLukas Sotiriu kömək edəcək.

Dimitris Masias ilk dəfə əsas millimizin oyununa təyinat alsa da, 2015-ci ilin martın 17 və 19-da 17 yaşadək millimizin (U-17) Avropa çempionatının elit mərhələsindəki iki matçını idarə edib. Lakin komandamız həmin matçlarda müvafiq olaraq Xorvatiya (0:4) və Portuqaliyaya (0:3) uduzub. Hətta ikinci oyunda millimizin müdafiəçisi Xəyal Əmirli qırmızı vərəqə (ikinci sarı vərəqə) ilə meydandan qovulub.

Qeyd edək ki, Azərbaycan – Farer Adaları oyunu noyabrın 17-də keçiriləcək. Saat 21:00-da başlayacaq görüş Bakı Olimpiya Stadionunda baş tutacaq. 

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri