15 
Noy
2018
15:33
90
33
6334
Virtual karabakh

Türkiyəli DJ millimizdə oynamış həyat yoldaşının karyerasını bitirməsi barədə

15 Noy, 2018
15:33
6334

Türkiyəli DJ millimizdə oynamış həyat yoldaşının karyerasını bitirməsi barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, qadın voleybolu üzrə millimizin aparıcı üzvlərindən olan Kseniya Poznyak sentyabrda Yaponiyada keçirilmiş dünya çempionatından öncə karyerasını bitirdiyini açıqladı.

Oxu.Az bu məqsədlə belaruslu legionerimizin həyat yoldaşı olan türkiyəli Gürhan Koçyiğitlə əlaqə saxlayıb.

Türkiyədə DJ işləyən Gürhan bəy bu qərarı qəbul etməsi üçün həyat yoldaşına heç bir təzyiq göstərmədiyini söyləyib:

“Bu, Kseniyanın karyerasıdır və ona görə bu suallara cavab verməyim, əslində, düzgün olmaz. Amma illərdir ki, qızına vaxt ayıra bilmədiyi üçün bunun sıxıntısını çox yaşadı. Bir idmançı üçün bu qərarı vermək asan deyil.

Mənim heç bir halda ona bu qərarından dolayı təzyiqim olmayıb. Qərarını mənə söylədi. Dedi ki, ailəmə uzun illər doğru-düzgün vaxt ayıra bilmədiyimə görə belə etdim.

Karyerası boyunca həmişə ona dəstək olmuşam. Ona görə də belə bir qərar verəndə mənim ona bir söz söyləməyim doğru olmazdı. İllərdir bu işin çətinliyini, stressini, qürurunu, xoşbəxtliyini yaşadıqdan sonra belə bir qərar veribsə, deməli, çox əsaslı səbəblər vardır deyə düşünürəm”.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri