16 
Noy
2018
14:28
453
18
4338
yuxarı
Səkkiz yaşlı şahmatçımız dünya çempionatının medalını qazanıb - FOTO
16 Noy, 2018
14:28
4338
453
18
Səkkiz yaşlı şahmatçımız dünya çempionatının medalını qazanıb - FOTO
İspaniyanın Santyaqo de Kompostela şəhərində yeniyetmələr üzrə dünya çempionatında səkkiz yaşlı şahmatçımız mükafatçı olub.
Oxu.Az xəbər verir ki, avqustda Avropa çempionu olmuş Cahandar Azadəliyev II yeri tutaraq dünya çempionatının gümüş medalını qazanıb.
U-8 Open kateqoriyası üzrə dünya çempionu ABŞ təmsilçisi Yuvrac Çenaredi və bürünc medalçı özbəkistanlı Xumoyun Beqmuradov olub.
Qeyd edək ki, 86 federasiyadan rekord sayda – 851 iştirakçının mübarizə apardığı bu dünya çempionatında 542 oyunçu Open-da, 309-u isə qızların yarışında çıxış edib. U-8-dən əlavə, U-10 və U-12 üzrə qaliblər də müəyyənləşdirilib.
Səbuhi MUSAYEV
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək