20 
Noy
2018
09:17
176
18
7628
yuxarı
Azərbaycan millisi həlledici oyuna çıxır
20 Noy, 2018
09:17
7628
176
18
Azərbaycan millisi həlledici oyuna çıxır
Bu gün, noyabrın 20-də, Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində həlledici oyuna çıxacaq.
Oxu.Az-ın xəbərinə görə, Qurban Qurbanovun yetirmələri Priştinadakı “Fadil Vokrri” stadionunda Kosovo yığması ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi beş turdan sonra doqquz xalla ikinci pillədə qərarlaşıb. Qrupa 11 xalla Kosovo yığması başçılıq edir. Farer adaları dörd xalla üçüncü, Malta isə iki xalla dördüncü yerdədir.
Azərbaycan millisi Avropa çempionatına vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün bu gün Kosovoda mütləq qələbə qazanmalıdır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək