21 
Noy
2018
01:37
298
244
19639
Virtual karabakh

Azərbaycan millisi Priştinada böyük hesabla uduzdu - YENİLƏNİB + VİDEO

21 Noy, 2018
01:37
19639

Azərbaycan millisi Priştinada böyük hesabla uduzdu - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Millətlər Liqasının Priştinada keçirilən Kosovo-Azərbaycan matçı başa çatıb.

Oxu.Az xəbər verir ki, meydan sahibləri millimizin qapısına dörd cavabsız qol vurublar. 

Qrupda keçirilən digər oyunda Malta Farer adalarının müqavimətini qıra bilməyib - 1:1.

01.23

Priştinada keçirilən matçda Kosovo millisi Azərbaycan yığmasının qapısına dördüncü qol vurub. 

Oxu.Az xəbər verir ki, oyunun 76-cı dəqiqəsində Arber Zeneli het-trikə imza atıb.

01.13

UEFA Millətlər Liqasında keçirilən Kosovo-Azərbaycan matçında üçüncü qol vurulub.

Oxu.Az xəbər verir ki, oyunun 61-ci dəqiqəsində Amir Rrahmani qonaqları meydanın mərkəzinə dəvət edib.

00.57

UEFA Millətlər Liqasında keçirilən Kosovo-Azərbaycan matçında ikinci qol vurulub.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 50-ci dəqiqəsində Arber Zeneli dubla imza atıb. 

00.16

UEFA Millətlər Liqasında keçirilən Kosovo-Azərbaycan matçında hesab açılıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 2-ci dəqiqəsində meydan sahibləri qol vurub.

Qolun müəllifi Arber Zeneli olub. 

23.02

UEFA Millətlər Liqasının oyununda üz-üzə gələcək Kosovo və Azərbaycan yığmalarının start heyətləri bəlli olub. 

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaq:

Kosovo: 12. Muriç, 3. Fidan Aliti, 5. Herolind Şala, 6. Hekuran Kryeziu, 7. Raşika, 10. Arber Zeneli, 13. Armi Rrahmani, 14. Valon Berişa (k), 15. Mergim Voyvoda, 17. Kololi, 18. Vedat Muriqi 

AZƏRBAYCAN: 23. Səlahət Ağayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 21. Təmkin Xəlilzadə, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 17. Mahir Mədətov, 13. Dmitri Nazarov, 7. Araz Abdullayev, 16. Rüfət Dadaşov. 

Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 23:45-də Priştinadakı “Fadil Vokrri” stadionunda keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri