23 
Noy
2018
16:51
63
306
5205
Virtual karabakh

Daha bir kubalı Azərbaycan boks millisində - FOTO

23 Noy, 2018
16:51
5205

Daha bir kubalı Azərbaycan boks millisində - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boks millimizə daha bir legioner gətirilib.

Oxu.Az xəbər verir ki, bu, 81 kq çəki dərəcəsində kubalı legioner Alfonso Dominqesdir.

Olimpiya Oyunlarının mükafatçısı, Avropa Oyunları, İslam Həmrəylik Oyunlarının qalibi Teymur Məmmədov boksla vidalaşdıqdan sonra bu çəkidə Rauf Rəhimov, Eldar Quliyev adlı istedadlı boksçularımız olsa da, onlara millidə yer tapılmayıb.

Bu boksçu ötən il yanvar ayında Azərbaycan birinciliyində iştirak etsə də, onun çıxışı qalmaqalla yadda qalıb. Nəticədə, idmançı heç finala çıxa bilməyib. Finala isə adını çəkdiyimiz yerli idmançılar çıxıb. 

Alfonso Dominqes “Qəbələ” klubunun üzvüdür. Ümumiyyətlə, bu klub legionerlərin milliyə gətirilməsi üçün bir vasitə rolunu oynayır. Belə ki, ondan öncə daha bir kubalı Lorenso Sotomayor milliləşdirilib və o da hazırda bu klubun üzvüdür.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri