26 
Noy
2018
12:05
91
24
4289
Virtual karabakh

Boks millimizə yeni baş məşqçi təyin olundu - RƏSMİ

26 Noy, 2018
12:05
4289

Boks millimizə yeni baş məşqçi təyin olundu - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kişi boksçulardan ibarət Azərbaycan yığmasında baş məşqçi dəyişikliyi rəsmiləşib. 

Oxu.Az xəbər verir ki, komandamız təcrübəli mütəxəssis Vaqif Şirinova həvalə edilib.

O, bu postda ukraynalı Leonid Loivskini əvəzləyib. Şirinov ən azı 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarının sonunadək millimizin “sükanı arxasında” olacaq. Komandamızda böyük məşqçi funksiyasını isə yenə də Nəriman Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, Vaqif Şirinov bu təyinatadək gənclərdən ibarət yığmamıza rəhbərlik edirdi.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri