28 
Noy
2018
17:00
295
46
11535
Virtual karabakh

ABŞ-a köçən azərbaycanlı idmançı: Amerikalı xanımla da evlənə bilərəm

28 Noy, 2018
17:00
11535

ABŞ-a köçən azərbaycanlı idmançı: Amerikalı xanımla da evlənə bilərəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bayrağımızı dəfələrlə zirvələrə qaldıran bir çox idmançılarımız var ki, Azərbaycanda yox, məhz başqa ölkələrdə yaşayırlar. Onlardan biri də Azərbaycanda kifayət qədər tanınmış, hazırda isə ABŞ-da yaşayan Elgün Xanoğlanlıdır. 

Oxu.Az idmançının “Sputnik Azərbaycan”a müsahibəsini təqdim edir: 

- Hansı səbəbdən məhz qarışıq idman növünü (MMA) seçdiniz?

- Azərbaycanda böyümüşəm. İdman karyerama öz vətənimdə başlamışam. Uzun müddət bir neçə idman növü ilə məşğul olmuşam. 2002-2005-ci illərdə karate ilə məşğul olmuşam. Kokşinkay karate növündə, hətta uşaq yaşlarında Azərbaycan çempionu da olmuşam. 2005-2008-ci illərdə güləş idman növündə də özümü sınadım.

2009-da Budo idman növü ilə məşğul oldum. Daha sonra MMA-nı seçdim və Azərbaycan çempionu oldum. Budo döyüş növlərində isə Dünya və Avropa çempionu oldum. Güləşdə isə, təəssüflər olsun ki, uğurlu nəticələrim olmadı. Nəhayət, özümü qaydasız döyüşdə sınadım. Bu idman növündə isə nəticələrim əla oldu.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

I'm ready 🇦🇿🇺🇸💪🏻☝🏻inshAllah

Публикация от Elgun Khanoghlanli (@elgun_khanoghlanli)

- Uğurlarınız çoxaldıqdan sonra ABŞ-a köçdünüz?

- 2015-ci ilin sonunda ABŞ-da işləyən dostlardan mənə təklif gəldi. Mən də böyük məmnuniyyətlə qəbul elədim. Mənə viza göndərdilər və getdim ABŞ-a. O gündən burada yaşayıram. Böyük ehtimal ki, burada da qalacam.

Bakıya dönmək fikrim yoxdur. Sadəcə, dostları, qohumları görmək üçün bir neçə ildən bir gələ bilərəm. Özüm də ABŞ-ın adından yarışlara çıxıram. Hətta ABŞ çempionuyam və bir çox beynəlxalq yarışların qalibiyəm.

ABŞ-dan kimə təklif gəlsə, hamı razılaşar. Orada yaşamaq mənim uşaqlıq arzum olub. Nyu-Yorkda yaşamaq hər bir idmançıya nəsib olmur. Xüsusilə MMA ilə məşğul olan hər bir idmançının arzusudur ki, ABŞ-da yaşasın.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

💪🏻💪🏻

Публикация от Elgun Khanoghlanli (@elgun_khanoghlanli)

- ABŞ-da idmandan pul qazanmaq asandır?

- Mən elə ABŞ-da ancaq idmandan pul qazanıram. Azərbaycanda illərlə məşq etdim, heç nə qazanmadım. Əksinə, həmişə mənim idmana pulum çıxırdı. Çünki bizim idman növü qeyri-olimpiya idman növü idi. Ona görə də pul yox idi. ABŞ-da isə belə deyil. İdmançısansa, maaşını alacaqsan. Eyni zamanda, sponsorum da var. Ona görə də məşqlərimi rahat edirəm. Azərbaycan vətənim olsa da, orada hər hansı dəstək görməmişəm.

- Amma Azərbaycanı da bir çox beynəlxalq yarışlarda təmsil edirsiniz...

- Bəli. Çünki vətənimi sevirəm. Bayrağımı zirvələrə qaldırmaq mənim üçün fəxrdir.

- ABŞ-da idman ilə məşğul olan bir çox idmançılar filmlərə də çəkilir. Siz necə, belə təklif almısınız?

- Bir neçə filmdə oynamışam. Təklif gəldikcə, dəyərləndirirəm. Azərbaycanlı rejissor Elmar Bayramovun filmlərində də oynamışam.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Şükür Allaha ☝🏻💪🏻🇦🇿🇺🇸

Публикация от Elgun Khanoghlanli (@elgun_khanoghlanli)

- Başqa nə işlə məşğulsunuz?

- Burada ancaq məşq edirəm. İdman karyeramı davam etdirirəm. Nə vaxt idmanla vidalaşsam, ondan sonra artıq bizneslə məşğul olacağam. Şəxsi biznesimi quracağam.

- Ailə quranda necə? Evlənəciyiniz xanımı Azərbaycandan seçəcəksiniz, yoxsa ABŞ-da xarici vətəndaşla nikaha girəcəksiniz?

- Bu haqda danışmaq çox tezdir. 27 yaşım var və hələ karyera haqqında düşünürəm. Qismətdə nə varsa, o olacaq. Azərbaycandan olan xanımla da evlənə bilərəm, ABŞ-dan olan xanımla da. Bunu zaman göstərəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri