Dek
2018
09:59
88
28
5925
Virtual karabakh

“Arsenal”ın əfsanəvi futbolçusu Bakıda

4 Dek, 2018
09:59
5925

“Arsenal”ın əfsanəvi futbolçusu Bakıda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya və Avropa çempionu, karyerası ərzində bir sıra məşhur klublarda çıxış etmiş fransalı veteran futbolçu Rober Pires Bakıya səfərə gəlib.

Oxu.Az xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda Rober Piresin iştirakı ilə aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlar üçün futbol festivalı keçiriləcək.

Festival saat 11:00-da başlayacaq.

Sonra fransalı futbolçu Bakı Ekspo Mərkəzində təşkil olunacaq “Bakutel 2018” – XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində Avropa Liqası Final-2019 stendinin təqdimatında iştirak edəcək.

Qeyd edək ki, Rober Piresə məşhurluq gətirən klub 2000-2006-cı illərdə çıxış etdiyi İngiltərənin “Arsenal” komandası olub.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri