Dek
2018
11:16
124
9
1865
Virtual karabakh

“Qarabağ”ın matçında fiziki məhdudiyyətli insanlara sürpriz - FOTO/VİDEO

4 Dek, 2018
11:16
1865

“Qarabağ”ın matçında fiziki məhdudiyyətli insanlara sürpriz - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Azərbaycan Premyer Liqasının XIII turunun “Keşlə” ilə oyununda fiziki məhdudiyyətli bir neçə nəfərə kiçik sürpriz edib.

Oxu.Az xəbər verir ki, 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar olaraq həmin şəxslər “Qarabağ” – “Keşlə” matçından öncə meydana futbolçularla çıxıb. 

Ağdam klubunun futbolçuları “ƏngəlSİZsiniz” pankartı açaraq hər zaman onların yanında olduqlarını göstərib. Onu da bildirək ki, bu təşəbbüs “Qarabağ”ın sadiq azarkeşi Sevinc Məmmədova tərəfindən gəlib.

Qeyd edək ki, görüş “Qarabağ”ın autsayder “Keşlə”ni 5:1 hesabı ilə darmadağın etməsi ilə nəticələnib.

Səbuhi MUSAYEV

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri