Dek
2018
15:48
26
103
6567
Virtual karabakh

FIFA-nın “Qızıl top”u: Azərbaycan kimə səs verdi?

5 Dek, 2018
15:48
6567

FIFA-nın “Qızıl top”u: Azərbaycan kimə səs verdi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1956-cı ildən başlayaraq, hər il Fransanın “France Football” nəşri ən yaxşı futbolçuya “Qızıl top” mükafatı verir. 

Oxu.Az xəbər verir ki, bütün dünya ölkələrindən 100-dən çox jurnalist ilin ən yaxşı futbolçusunu müəyyən edir. 

Azərbaycanı 2000-ci ildən başlayaraq, bu tədbirdə “CBC Sport” telekanalının redaktoru Rasim Mövsümzadə təmsil edir. O bu il Luka Modriçə səs verib. 

“2018-ci ilin anketində mən birinci yerdə Luka Modriçi, ikinci yerdə Klian Mbappeni, üçüncü yerdə isə Məhəmməd Salahı göstərmişəm. Dördüncü və beşinci yerlərə gəlincə, müvafiq olaraq, Eden Azar Antuan Qrizmanı qeyd etmişəm. 

Modriçin ikinci yerdə qərarlaşan Kriştianu Ronaldudan 275 xal çox toplaması digər respondentlərin də mənimlə eyni fikirdə olduğunu göstərir. Dünya çempionatının keçirildiyi ildə “Qızıl top”, adətən, mundialın ən yaxşı futbolçularından birinə qismət olur.

Düşünürəm ki, Xorvatiya millisinin kapitanı kimi dünya çempionatındakı oyunu Modriçin qələbəsinin əsas səbəbidir”, - deyə R. Mövsümzadə bildirib.

М.А.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri