Dek
2018
15:46
109
18
5927
Virtual karabakh

Qırmızı vərəqə alan futbolçu geri çağırıldı və oyuna davam etdi

6 Dek, 2018
15:46
5927

Qırmızı vərəqə alan futbolçu geri çağırıldı və oyuna davam etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Liqasının XVI turunda “Bordo” – “Sent-Etyen” qarşılaşmasında maraqlı anlar yaşanıb.

Oxu.Az xəbər verir ki, görüşün 75-ci dəqiqəsində “Bordo”nun oyunçusu Yunus Sankare birbaşa qırmızı vərəqə alıb.

Oyunçu sahəni tərk edib soyunma otağına getsə də, VAR sistemi zamanı onun etdiyi kobudluğun birbaşa qırmızı vərəqəyə səbəb olmadığı müəyyənləşib. Bu üzdən o geri çağrılıb və cəzası dəyişdirilib. Oyunun hakimi Klement Turpin ona sarı vərəqə verildiyini bildirib və yenidən meydana buraxıb.

Qeyd edək ki, oyun “Bordo”nun 3:2 hesablı qələbəsi ilə nəticələnib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri