Dek
2018
00:12
83
267
17945
Virtual karabakh

Ramil Şeydayev Rusiyada davaya səbəb oldu - VİDEO

9 Dek, 2018
00:12
17945

Ramil Şeydayev Rusiyada davaya səbəb oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" klubu Rusiya Premyer Liqasının XVII turu çərçivəsində Samarada "Rostov"u qəbul edib.

Oxu.Az xəbər verir ki, meydan sahibləri rumıniyalı yarımmüdafiəçi Paul Antonun 11-ci dəqiqədə penaltidən vurduğu qolla qələbə qazanıb.

Lakin bu görüş ilk dəqiqələrdən kobud məcrada keçib. Belə ki, 44-cü dəqiqədə Samara klubunun hücumçusu Sergey Kornilonko ikinci sarı vərəqə ilə meydandan qovulub.

81-ci dəqiqədə qonaqların islandiyalı müdafiəçisi Raqnar Siqurdson topu "Krılya Sovetov"un ehtiyat oyunçular skamyasına vurub. Bir dəqiqə əvvəl qol müəllifi Antonun yerinə meydana daxil olmuş Ramil Şeydayev isə bu futbolçuya kobud şəkildə reaksiya verib. Bu isə futbolçular arasında kütləvi davaya səbəb olub. Nəticədə Siqurdsona birbaşa qırmızı, Şeydayevə isə sarı vərəqə göstərilib.

Hadisələrin sakitləşməsindən heç beş dəqiqə keçməmiş bu dəfə qonaqlarda moldovalı yarımmüdafiəçi Aleksandr Qatskan ikinci sarı vərəqə alaraq meydandan qovulub. "Rostov"un tanınmış baş məşqçisi Valeri Karpin bu qovulmaya görə dördüncü hakimlə mübahisə edib. Belədə baş hakim Sergey Karasyov onu da texniki zonadan uzaqlaşdırıb.
 

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri