9 
Dek
2018
16:36
281
46
7177
yuxarı
Qırğızıstan doğumlu idmançı UFC çempionu olub - VİDEO
9 Dek, 2018
16:36
7177
281
46
Qırğızıstan doğumlu idmançı UFC çempionu olub - VİDEO
Qırğızıstan doğumlu Valentina Şevçenko yüngül çəkidə polyak Yohanna Yendjeyçiki məğlub edərək ilk dəfə Mütləq Döyüş Çempionatının (UFC) qadınlar üzrə çempionu olub.
Oxu.Az xəbər verir ki, UFC 231 turniri çərçivəsində döyüş Toronto şəhərində baş tutub.
Döyüş beş raund davam edib. Şevçenko hakimlərin yekdil qərarı ilə qalib elan edilib. O, postsovet ölkələri arasında UFC çempionu titulunu qazanan ilk qadın döyüşçü olub.
Bu, otuz yaşlı Şevçenkonun 16-cı qələbəsidir. O, üç döyüşdə uduzub. Yohanna Yendjeyçik isə 18 döyüşdə üçüncü dəfə məğlub olub.
Oxu.Az yeniləndi!
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək