Dek
2018
18:36
20
85
3182
Virtual karabakh

"Sabah" ardıcıl beşinci matçda qələbə qazana bilməyib - VİDEO

9 Dek, 2018
18:36
3182

"Sabah" ardıcıl beşinci matçda qələbə qazana bilməyib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

Oxu.Az xəbər verir ki, II dövrənin son turunun ilk oyununda "Sabah" komandası "Əlincə Arena"da "Keşlə"ni qəbul edib.

Keçmiş FIFA referisi Orxan Məmmədovun idarə etdiyi görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 34-cü dəqiqədə Sərtan Taşkın vurub. 65-ci dəqiqədə Denis Silva fərqi artırıb. Meydan sahibləri 80-ci dəqiqədə Elşən Abdullayevin qolu ilə fərqi azaldıblar.

   

Beləliklə, "Sabah" ardıcıl beşinci matçını qələbəsiz başa vurub. Elşad Əhmədovun baş məşqçi olduğu kollektiv hazırda 14 oyundan 17 xalla IV pillədə qərarlaşıb. Xallarını 12-yə çatdıran "Keşlə" isə yenidən VII pilləyə yüksəlib.

Qeyd edək ki, hazırda "Zirə" - "Qarabağ" və "Səbail" - "Qəbələ" matçları keçirilir. Tura saat 19:30-da başlanacaq "Neftçi" - "Sumqayıt" matçı ilə yekun vurulacaq.

Bu matçda "Sabah"ın ən yaxşı bombardiri Marko Deviç zədə üzündən forma geyinməyib. O, "Keşlə" ilə oyundan öncə məşqlərin birində xəsarət alıb.

 www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri