10 
Dek
2018
13:11
302
46
10041
Virtual karabakh

Reynaldo “Qarabağ”a qayıdır

10 Dek, 2018
13:11
10041

Reynaldo “Qarabağ”a qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” hücum xəttindəki problemini həll etmək üçün sabiq futbolçusu Reynaldo dos Santos Silvanı heyətinə qatmaq qərarına gəlib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, braziliyalı futbolçu artıq bunun üçün Bakıya gəlir.

Reynaldo hazırda bu ilin fevralın müqavilə bağladığı Qazaxıstanın “Aktobe” klubunda çıxış edir. Onun bağladığı bir illik müqavilə artıq başa çatmaq üzrədir.

Qeyd edək ki, 29 yaşlı Reynaldo 2013-2016-cı illərdə “Qarabağ”da çıxış edib. O, Ağdam təmsilçisi ilə üç dəfə Azərbaycan çempionu və iki dəfə ölkə kubokunun qalibi olub. 2013/14 mövsümündə vurduğu qolların sayına görə Azərbaycan çempionatının bombardiri olub. Reynaldo indiyədək avrokuboklarda ən çox fərqlənən Azərbaycan klubunun oyunçusu sayılır.

“Anderlext”in sabiq hücumçusu “Qarabağ”dan 2016/17 mövsümünün qış fasiləsində ayrıldıqdan sonra Türkiyənin “Adanaspor” və Slovakiyanın “Spartak” (Trnava) klublarında çıxış edib.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri