11 
Dek
2018
10:50
67
50
4144
Virtual karabakh

“Qalatasaray” avrokuboklarda yoluna davam edəcəkmi? - PREVYU

11 Dek, 2018
10:50
4144

“Qalatasaray” avrokuboklarda yoluna davam edəcəkmi? - PREVYU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasında bu gün qrup mərhələsinə yekun vurulacaq. 

Oxu.Az-ın məlumatına görə, bu gün A, B, C və D qruplarında son turun oyunları keçiriləcək.

A qrupunda yalnız qrup birincisinin adı son turda müəyyənləşəcək. Gələn ildən Avropa Liqasında oynayacaq komanda isə Belçika çempionudur. 

B qrupunda “Barselona” I yeri təmin edib. Bu qrupda II yerin sahibi bilinmir. Eyni xala malik “İnter” və “Totenhem” bu turun oyunu ilə yeni ildən kimin Çempionlar Liqasında, kimin isə Avroliqada mübarizə aparacağını müəyyənləşdirəcək. Təbii ki, Milan klubu öz meydanında autsayderi qəbul etdiyindən daha favorit görünür.

Əsas diqqətlər C qrupuna yönələcək. PSJ Serbiyada “Srvena Zvezda”ya qalib gələrsə, digər oyunun nəticəsindən asılı olmayaraq, mübarizəni “pley-off”da davam etdirəcək. Liverpuldakı qarşılaşmanın nəticəsi isə, böyük ehtimalla, komandalardan birini 1/8 finala daşıyacaq. Yalnız PSJ-nin məğlubiyyəti və “Liverpul”un qələbəsi ingilislərlə italyanların üzünü güldürəcək. “Srvena Zvezda” İngiltərə çempionatının lideri “Liverpul”u məğlub edə bilibsə, PSJ-ni niyə yenə bilməsin ki?!

D qrupunda son tur yalnız Avroliqaya gedəcək komandanı müəyyənləşdirmək baxımından maraqlıdır. “Qalatasaray” işini çətinə salmamaq üçün öz meydanında liderliyi təmin etmiş “Portu”ya qalib gəlməlidir. Ancaq İstanbul nəhəngi uduzsa belə, Rusiya çempionunun xal itirməsi sayəsində avrokuboklardakı mübarizəsini davam etdirə bilər. 

A qrupu

00:00 “Brüqe” (Belçika) – “Atletiko” (İspaniya)

00:00 “Monako” (Fransa) – “Borusiya” (Dortmund, Almaniya)

1. “Atletiko” 12

2. “Borusiya” 10

3. “Brüqe” 5

4. “Monako” 1 

B qrupu

00:00 “Barselona” (İspaniya) – “Totenhem” (İngiltərə)

00:00 “İnter” (İtaliya) – PSV (Hollandiya)

1. “Barselona” 13

2. “Totenhem” 7

3. “İnter” 7

4. PSV 1

C qrupu

00:00 “Liverpul” (İngiltərə) – “Napoli” (İtaliya)

00:00 “Srvena Zvezda” (Serbiya) – PSJ (Fransa)

1. “Napoli” 9

2. PSJ 8

3. “Liverpul” 6

4. “Srvena Zvezda” 4

D qrupu

21:55 “Qalatasaray” (Türkiyə) – “Portu” (Portuqaliya)

21:55 “Şalke” (Almaniya) – “Lokomotiv” (Rusiya)

1. “Portu” 13

2. “Şalke” 8

3. “Qalatasaray” 4

4. “Lokomotiv” 3

S.M.
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri