11 
Dek
2018
11:18
165
22
2641
Virtual karabakh

Tallində “Azərbaycan Bayrağı” Festivalı keçirilib - FOTO

11 Dek, 2018
11:18
2641

Tallində “Azərbaycan Bayrağı” Festivalı keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tallində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Atəşgah” İntellektual Oyunlar Klubu tərəfindən təşkil edilən “Azərbaycan Bayrağı” Beynəlxalq İntellektual Festivalı keçirilib.

“Atəşgah” İntellektual Oyunlar Klubundan Oxu.Az-a bildiriblər ki, layihə Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunub və Azərbaycan İntellektual Oyunlar Federasiyası və Avropa İntellektual Klublar Assosiasiyasının himayəsi altında baş tutub. 

Təşkilat komitəsinin sədri İlkin Yetirmişli və Azərbaycan Respublikasının Estoniyadakı səfirliyinin katibi Hüseyin Axundov Bayraq gününə həsr olunmuş beynəlxalq festivalın əhəmiyyətini vurğulayıblar. Öz çıxışı zamanı Hüseyin Axundov bütün iştrakçıları salamalayaraq, bu festivalın əhəmiyyəti haqqında danışıb və bu il Azərbaycan Bayrağının 100 illiyinin tamam olduğunu iştirakçılara bildirib.

Bu festivalın keçirilməsinin Estoniyaya təsədüf etməsi ona xüsusi  bir sevinc bəxş edib.

Festivalın Təşkilat Komitəsinin rəhbəri İlkin Yetirmişli bu yarışın onun üçün ikiqat əhəmiyyətli olduğunu bildirib. Daha sonra Azərbaycan Dövlət Himni səsləndirilib və festival açıq elan olunub.

Festivalın proqramına “Nə? Harada? Nə zaman?”, “Breyn-Rinq” və “QuAz”  intellektual oyunu üzrə yarışlar daxil idi.

“Nə? Harada? Nə zaman?” oyunu üzrə turnirdə I yeri Rusiya, II yeri Estoniya, III yeri isə Latviya tutub. “Breyn-Rinq” və “QuAZ” intellektual oyunu üzrə turnirdə Estoniya komandaları qalib gəlib.


www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri