11 
Dek
2018
15:33
193
49
7287
Virtual karabakh

Azərbaycan yığması Braziliya ilə qarşılaşa bilər

11 Dek, 2018
15:33
7287

Azərbaycan yığması Braziliya ilə qarşılaşa bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın futbol üzrə yığma komandası gələn ilin mart ayında beş qat dünya çempionu olan Braziliya ilə qarşılaşa bilər.

Oxu.Az bu barədə Braziliyanın “Globoesporte” nəşrinə istinadən məlumat yayır.

Belə ki, Braziliya yığması 2019-cu ilin martında Avropadan olan yığma ilə yoldaşlıq oyunu keçirməyi nəzərdə tutur. Namizədlər arasında Azərbaycan yığmasının da adı çəkilir.

Nəşrin məlumatına görə, Braziliya yığmasının baş məşqçisi Tite yetirmələrinin Amerika Kubokuna hazırlığı məqsədilə mart ayında Avropadan olan yığma ilə matç keçirmək istəyir.

Seçim gələn ilin mart ayında Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində birinci və ikinci oyun günlərində oyun keçirməyəcək yığmanın xeyrinə ediləcək.

Namizəd yığmalar arasında Danimarka, Almaniya, Uels, Serbiya, Çexiya, Estoniya, Azərbaycan, Kosovo, Litva və Cəbbəlütariq yığmaları var. Lakin Danimarka yığması artıq braziliyalılarla yoldaşlıq görüşünün keçirilməsindən imtina edib. Braziliyalılar özləri isə Almaniya ilə matçdan imtina ediblər. Nəticədə, hazırda cəmi səkkiz namizəd qalıb.

Qeyd edək ki, AVRO-2020-nin ilk seçmə oyun günü (21-23 mart) oyun keçirməyəcək yığmalar Almaniya, Danimarka, Kosovo, Uels və Serbiya, ikinci gün isə (26-27 mart) Azərbaycan, Estoniya, Cəbbəlütariq, Litva və Çexiya yığmaları olacaq. Yəni əgər seçim bizim lehimizə olsa, o zaman 26 və ya 27 mart tarixində Azərbaycan yığması planetin ən titullu milli komandası ilə qarşılaşa bilər.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri