11 
Dek
2018
17:09
54
109
5243
Virtual karabakh

Millimizin futbolçusu şirniyyat aldığı üçün cəzalanıb

11 Dek, 2018
17:09
5243

Millimizin futbolçusu şirniyyat aldığı üçün cəzalanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Millimizin futbolçusu Ruslan Qurbanov cəzalandırılıb.

Oxu.Az xəbər verir ki, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev “Qəbələ” ilə qolsuz başa çatmış Premyer Liqa oyunundan sonra futbolçu barədə bunları bildirib: 

“Hər oyundan bir gün qabaq toplaşırıq. Ruslan Qurbanov bazanı icazəsiz tərk etdiyi üçün cəzalanıb və əvəzedici heyətə göndərmişik. Onun istəyi ilə deyil, lazım gəlsə, əvəzedici heyətdə oynayacaq”.

Ancaq “Səbail”in ikinci komandasının I divizionda “Turan Tovuz”u yendiyi (4:1) görüşdə Ruslan meydanda olmayıb. Futbolçu isə Qol.az-a açıqlamasında şirniyyat almaq üçün mağazaya getdiyini bildirib:

“İyirmi dəqiqəlik marketə getmişdim ki, özümə şirniyyat alım. Bu, bazadan yüz metr aralıda yerləşir. Məndən öncə də uşaqlar getmişdilər, amma heç nə olmamışdı. 10:40-da bazadan çıxdım, 11:00-da qayıtdım. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Əvəzedici komandaya gedib, məşqlərimi orada edəcəyəm”.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri