11 
Dek
2018
22:29
92
59
2649
Virtual karabakh

“İctimai TV” komandası “İntellektual kubok”un qalibi oldu - FOTO

11 Dek, 2018
22:29
2649

“İctimai TV” komandası “İntellektual kubok”un qalibi oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 10-da media nümayəndələri arasında 2019-cu il mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununa həsr olunmuş “İntellektual kubok” təşkil edilib.

Oxu.Az xəbər verir ki, tədbirdə jurnalistlərlə yanaşı futbol klublarının mətbuat xidmətində çalışan əməkdaşlar da iştirak edib.

Bakı Olimpiya Stadionunda keçirilmiş “İntellektual kubok”da 13 komanda mübarizə aparıb. Üç saata yaxın davam edən yarışda iştirakçılara Avropa Liqasının tarixi, maraqlı qarşılaşmalar və tanınmış futbolçularla bağlı müxtəlif suallar ünvanlanıb.

Gərgin mübarizə şəraitində keçən “İntellektual kubok” 13 mövzudan ibarət olub. Hər turda püşkatma nəticəsində təsadüfi seçilmiş iki komanda bir-birinə qarşı mübarizə aparıb. İki komanda arasında keçirilmiş müsabiqədə daha çox xal toplamış komanda həmin turda qalib elan edilib.

Turnirin sonunda “İctimai Televiziya”nı təmsil edən eyniadlı komanda 34 xalla digər rəqiblərini qabaqlayaraq “İntellektual kubok”da birinci yeri tutub. “CBC Sport-2” komandası 33 xalla ikinci, “Penyarol” isə 31 xalla üçüncü yerə sahib çıxıb. Təşkilatçılar qalib komandaya dəyərli hədiyyələr təqdim ediblər.

Xatırladaq ki, 2019-cu il may ayının 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar silsilə tədbirlərin təşkili planlaşdırılır. Tədbirlər haqqında ətraflı məlumatı və Avropa Liqası ilə bağlı xəbərləri www.finalbaku2019.com saytından əldə edə bilərsiniz.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri