13 
Dek
2018
19:45
117
53
8230
Virtual karabakh

Ağasəlim Mircavadov: PRO kateqoriyası olan məşqçilərə üstünlük verəcəyik

13 Dek, 2018
19:45
8230

Ağasəlim Mircavadov: PRO kateqoriyası olan məşqçilərə üstünlük verəcəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Oxu.Az saytına müsahibəsi

– Bu gün ölkə başçısı İlham Əliyev tərəfindən fərdi təqaüd mükafatı ilə təltif edilmisiniz. Bu münasibətlə təbrik edirəm...

– Təşəkkür edirəm. 25 nəfərə də ev verildi. Çox gözəl tədbir keçdi. Cənab prezidentimiz 2018-ci ildə idmanda olan nailiyyətlərdən danışdı və 2019-cu ildə görüləcək işlərdən bəhs etdi.

– Siz bu gün Məşqçilər Komitəsi olaraq AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmüsünüz. Yeni məşqçilərin namizədliyi müzakirə olundu orda?

– Bu iclas dünən olub. Sadəcə olaraq, AFFA-nın saytı bu gün verib... Hələ adlar bilinmir. Bizə deyildi ki, həm yerli, həm də xarici məşqçilər olsun.

– Namizədlərin adları siz tərəfdən veriləcək, yoxsa sizə veriləcək?

– Bizə veriləcək. Namizədlər deyiləndə ki, biz yerlilərin hamısını tanıyırıq. Biz daha çox PRO kateqoriyası olan məşqçilərə fikir veririk. Bizdə otuza yaxın məşqçilər işləyir. Onların bəzisi işləyir, bəzisi yox. Bəziləri deyə bilər ki, aşağı yaş qrupları ilə işləmək istəmirik. Ona görə də fikirlərini soruşuruq. Yəni birinci onların istəyi olmalıdır. Sonra onların qabiliyyətinə üstünlük verəcəyik.

– Ola bilərmi ki, Məşqçilər Komitəsi öz namizədlərini məhz öz üzvləri sırasından versin?

– Sözün düzü, belə bir söhbət olmadı. Bu bir az pis çıxar. Məsələn, Məşqçilər Komitəsi AFFA-ya necə desin ki, Ağasəlim Mircavadov millidə işləmək istəyir. Bunu AFFA rəhbərliyi özü deməlidir.

– Şəxsən sizin özünüzün konkret namizədiniz varmı?

– Mənim namizədlərim aşağı yaş qruplarında işləyirdi. Onları da çıxardıblar. Məsələn, 16 yaşadək millimizin baş məşqçisi olmuş Azər Məmmədov “Şəmkir”də yetirməm olub.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri