15 
Dek
2018
14:59
24
117
6667
Virtual karabakh

Federasiya prezidenti: Yeni baş məşqçimizlə altı aylıq müqavilə bağlamışıq

15 Dek, 2018
14:59
6667

Federasiya prezidenti: Yeni baş məşqçimizlə altı aylıq müqavilə bağlamışıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun Oxu.Az saytına müsahibəsi

– Yeniyetmə və gənclərdən ibarət milli komandamız dünəndən İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirində mübarizəyə başlayıb. Artıq medal qazanan idmançımız olub?

– Bəli. Bu, ilin dördüncü – sonuncu Liqa yarışıdır. Orada 11 idmançımız iştirak edir. Hələ ki, bir gümüş medal qazanmışıq. Bu, 16-17 yaşlılarda, 61 kq-da mübarizə aparan Əminağa Quliyevdir. İdmançımız finalda meydan sahibi italiyalıya uduzdu. Baxmayaraq ki, hesabda 2:0 öndə idi.

– Böyüklərdən ibarət milli üçün 2018-ci il başa çatıb?

– Bəli. Sonuncu yarış 7-9 dekabrda keçirildi. Orda millimizdən yalnız dünya çempionumuz İrina Zaretskaya iştirak etdi. Təəssüf ki, o, bürünc medal uğrunda görüşdə yaponiyalı Someya Kayoya uduzdu. Amma İrina bu yarışda iştirak etməklə Olimpiada üçün lisenziya balları qazana bildi.

– Böyüklərdən ibarət milli komandada baş məşqçi dəyişikliyi oldu. Əvvəlki baş məşqçi Şahin Xudaverdiyev yığmadan tamamilə ayrıldı?

– Yox, o, köməkçi məşqçi qismində böyük məşqçi vəzifəsində çalışacaq.

– Baş məşqçi dəyişikliyi hansı zərurətdən irəli gəldi? Son dünya çempionatında nəticələr federasiya rəhbərliyini qane etməyib?

– Qane edib. Nəticələrimiz pis olmayıb. Amma istəyirik ki, daha yaxşı olsun. Məşqçilər heyətini gücləndiririk. Yeni baş məşqçimiz Bahattin Kandaz bugünkü günün tələblərinə cavab verən, savadlı biridir. Biz ona bir ilə yaxındır ki, baxırdıq. Payızda biz İsveçrənin Bazel şəhərində təlim-məşq toplanışında olanda onunla görüşmüşdük. O da orada dörd il idi klub məşqçisi kimi fəaliyyət göstərirdi.

– Onunla neçə illik müqavilə bağlamısınız?

– Hələlik onunla altı aylıq müqavilə bağlamışıq. Böyük ehtimalla, sonra müqavilənin müddətini uzadacağıq. Çünki onun məşq sistemi milli üzvlərini də qane edir.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri