15 
Dek
2018
23:45
177
116
5018
Virtual karabakh

“Neftçi” “Sumqayıt”a uduzub

15 Dek, 2018
23:45
5018

“Neftçi” “Sumqayıt”a uduzub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir ilk oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Bakcell Arena"da "Sumqayıt"ı qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Əli Babayev 28-ci dəqiqədə penaltidən fərqlənib. Şəhriyar Əliyev isə 45+4-cü dəqiqədə künc zərbəsindən sonra başla qol vurub.

Maraqlıdır ki, hər iki qolun müəllifi zədələnərək oyunu davam etdirə bilməyib. Matçın ilk hissəsində ayağından zərbə alan Ə.Babayev fasilədən sonra, 55-ci dəqiqədə Cavid Tağıyevlə əvəzlənib.

Qarşılaşmanın 62-ci dəqiqəsində zədələnən Şəhriyar Əliyev isə yerini Murad Xaçayevə verib.

Oyunun 88-ci dəqiqəsində "Neftçi"nin heyətində Anton Krivotsyuq simulyasiya etdiyi üçün ikinci dəfə sarı vərəqə alıb və meydandan qovulub.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 19-da “Kapital Bank Arena”da keçiriləcək və saat 19:00-da başlayacaq.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri