18 
Dek
2018
10:52
6
318
4019
Virtual karabakh

Belaruslu futbolçu ailəsi ilə birlikdə qəzada öldü

18 Dek, 2018
10:52
4019

Belaruslu futbolçu ailəsi ilə birlikdə qəzada öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusun “Vitebsk” futbol klubunun qapıçısı Andrey Şerbakov avtomobil qəzasında dünyasını dəyişib.

Oxu.Az “Pressbol”a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə birlikdə onun həyat yoldaşı və övladı da həyatını itirib.

Ağır avtomobil qəzası dekabrın 17-də yerli vaxtla axşam saat 19:00 radələrində baş verib. “KİA” markalı avtomobil M1 avtomagistralının 543-cü kilometrliyində əks hərəkət zolağına çıxıb və “Mercedes” markalı evakuatorla toqquşub. İki böyük və bir altı yaşlı uşaq hadisə yerində keçinib. Avtokresloda olan ikinci uşaq isə sağ qalıb. Hazırda xəstəxanada müalicə olunur.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri