18 
Dek
2018
12:15
133
101
4934
Virtual karabakh

Rəşad Sadıqov Pro kateqoriyalı məşqçi oldu - FOTO

18 Dek, 2018
12:15
4934

Rəşad Sadıqov Pro kateqoriyalı məşqçi oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA-nın Futbol akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub. 

Oxu.Az xəbər verir ki, diplom və sertifikatları AFFA-nın Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lipert və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.

Beləliklə, Pro kateqoriyasına yiyələnən yeni məşqçilərimiz “Sabah”ın baş məşqçisi Elşad Əhmədov, “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov, “Zirə”nin baş məşqçisi Samir Abbasov, “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov, 17 yaşadək qızlardan ibarət millimizin baş məşqçisi Siyasət Əsgərov, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov, eləcə də, Zaur HəşimovRamin Quliyev və Mik Benet olub.

Qeyd edək ki, 19 yaşadək millimizin baş məşqçisi Vüqar Məmməd və Baba Əsgərov imtahandan kəsilərək Pro kateqoriyasına yiyələnə bilməyib.

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri