19 
Dek
2018
11:35
195
15
2098
Virtual karabakh

Şəhriyar Məmmədyarov dünya çempionatında mübarizə aparacaq

19 Dek, 2018
11:35
2098

Şəhriyar Məmmədyarov dünya çempionatında mübarizə aparacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İl sona yaxınlaşsa da, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov növbəti turnirinə hazırlaşır.

Oxu.Az xəbər verir ki, Sankt-Peterburqda rapid və blits üzrə dünya çempionatı keçiriləcək.

Milyon dollarlıq mükafat fondu olan turnir FIDE-nin yeni prezidenti Arkadi Dvorkoviçin təşkilatçılığı və Səudiyyə Ərəbistanı kralı Salman ben Əbdüləziz Əl Səudun maliyyə dəstəyi ilə təşkil olunur. Turnirdə Şəhriyar Məmmədyarovla yanaşı, yüzdən çox aparıcı şahmat ustaları iştirak edəcək.

Bunların arasında Aniş Qiri (Niderland), Vişvanatan Anand, Pentala Harikrişna (hər ikisi Hindistan), Levon Aronyan (Ermənistan), Dmitri Yakovenko, Nikita Vityuqov, Yevgeni Tomaşevski (hər üçü Rusiya), Van Xao (Çin) və Le Kuanq Lyema var.

Qeyd edək ki, dünya çempionatı dekabrın 25-də başlayacaq. İlk üç gün rapid (sürətli şahmat) yarışları keçiriləcək. 28-29 dekabrda isə blits yarışları baş tutacaq. 

Səbuhi MUSAYEV
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri