28 
Dek
2018
11:53
10
101
1832
Virtual karabakh

Hüseynov Rusiyada Sarqisyanla sülhə razılaşdı - FOTO

28 Dek, 2018
11:53
1832

Hüseynov Rusiyada Sarqisyanla sülhə razılaşdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sankt-Peterburq şəhərində şahmat üzrə rapid yarışlarında ikinci günün oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Şəhriyar Məmmədyarov rusiyalı Qriqori Oparinə qalib gəlib, digər rusiyalı Yan Nepomnyaşi, çinli Yu Yanqyi, Rusiya doğumlu, Nepal əsilli Niderland təmsilçisi Aniş Qiri ilə heç-heçə edib.

O, digər Rusiya təmsilçisi Maksim Matlakova uduzub. Bununla da Şəhriyar aktivinə 2,5 xal qazandırıb.

Rapiddə dünya reytinqində iyirminci sırada olan Qədir Hüseynov bir qələbə qazanıb, dörd heç-heçə edib. Bu heç-heçələr arasında sonuncu turda erməni Qabriel Sarqisyanla heç-heçə də var. Dünya reytinqində 17-ci sırada olan Rauf Məmmədov isə üç heç-heçə edib, iki məğlubiyyətlə üzləşib.

On turun nəticələrinə əsasən, Şəhriyar Məmmədyarov və Qədir Hüseynov hərəyə 6,5 xal toplasa da, rapiddə dünya reytinqində VI sırada olan “Şah” 19-cudur. Qədir isə 31-ci yerdədir. Rauf Məmmədov isə 5,5 xalla 75-ci pillədədir.

Dünya reytinqində doqquzuncu sırada olan Yan Nepomnyaşi 7,5 xalla ilk sıradadır. Şahmat üzrə dünya çempionu norveçli Maqnus Karlsen isə yeddi xalla 17-cidir.

Qadınların yarışında daha dörd tur oynanılıb. Gülnar Məmmədova iki qələbə qazanıb, bir heç-heçə edib və bir məğlubiyyət alıb. O, 5,5 xalla 13-cü pillədədir. Günay MəmmədzadəZeynəb Məmmədyarova hərəyə iki qələbə qazanıb, iki məğlubiyyətlə üzləşib. Türkan Məmmədyarovanın isə nəticəsi belə olub: bir qələbə, bir heç-heçə və iki məğlubiyyət.

Aktivində 4,5 xal olan Günay Məmmədzadə 53-cü, dörd xalı olan Zeynəb Məmmədyarova 66-cı və 3,5 xala malik Türkan Məmmədyarova isə 84-cü yerdədir. Dünya reytinqində ikinci sırada olan çinli Cu Vencun yeddi xalla turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, rapid üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri